İDMAN
Rusiyalı gimnastlar Bakıda qızıl medal qazanıblar
![](/files/galleryphoto/2022/1/1200x630/16464951844280748014_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646495226646813334_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında Rusiya ilk qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, 12-18 yaş kateqoriyasında mübarizə aparan qadın qrupların final yarışında rusiyalı gimnastların çıxışı 28,050 xalla qiymətləndirilib.
ABŞ qrupu 27,800 xalla turniri ikinci, Portuqaliya komandası isə 27,320 xalla üçüncü pillədə başa vurublar.
Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [12:06]
“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb
- 28.06.2024 [11:58]
NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq
- 28.06.2024 [11:32]
“Neftçi” klubu qapıçısı ilə yollarını ayırıb
- 28.06.2024 [11:12]
Azərbaycan çempionu Monteneqro millisinin qapıçısını transfer edib
- 28.06.2024 [10:32]
Azərbaycan karateçisi Xorvatiyada bürünc medal qazanıb
- 28.06.2024 [10:21]
Amerika Kuboku: Uruqvay millisi 1/4 finala vəsiqə qazanıb
- 28.06.2024 [10:20]
Kriştiano Ronaldo Avropa çempionatlarında yeni rekorda imza atıb
- 28.06.2024 [09:54]