RUSİYANIN ƏN GÜCLÜ GİMNASTLARI BAKIYA GƏLMİŞLƏR
Avqustun 19-da Bakıya gəlmiş Rusiya yığmasının baş məşqçisi, əməkdar məşqçi İrina Viner Heydər Əliyev adına beynəlxalq hava limanında jurnalistlərin suallarına cavab vermişdir. Ölkəmizdə son zamanlar bədii gimnastikanın yüksək səviyyədə inkişaf etdiyini bildirən baş məşqçi, qazanılan uğurların Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın qayğısının nəticəsi olduğunu qeyd etmişdir.
“Dünya çempionatı göstərdi ki, Azərbaycan yığması dünyada ən güclü beş komanda sırasına daxildir. Bu isə çox böyük uğurdur”, - deyən İrina Viner beynəlxalq yarışlarda hakimlərin Azərbaycan gimnastlarının qısa zaman ərzində qazandıqları nailiyyətlərə qısqanclıqla yanaşdığını da xatırlatmışdır.
Rusiyanın ən güclü gimnastlarından biri olan Vera Sesinanın xəstələndiyi üçün yarışda iştirak etməyəcəyini söyləyən baş məşqçi, Bakıdakı yarışda Olimpiya çempionu Alina Kabayeva, mütləq dünya çempionu Olqa Kapranova və yeniyetmə gimnastların çıxışına ümid bəslədiyini vurğulamışdır. Xatırladaq ki, yığmamızın lideri Dinara Gimatova məşqlərdə zədələndiyi üçün, Azərbaycan komandası böyüklərin yarışında yalnız Anna Qurbanova və Aliyə Qarayeva ilə təmsil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]