Rusiyanın insan hüquqları üzrə müvəkkili Bakıda Xocalı abidəsini ziyarət edib
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova dekabrın 29-da Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Rusiya ombudsmanı abidənin önünə əklil və güllər qoyub.
Rusiyanın insan hüquqları üzrə müvəkkilini Azərbaycan ombudsmanı Elmira Süleymanova müşayiət edib.