Rüstəm Orucov dünyanın ən yüksək reytinqli cüdoçuları arasında üçüncüdür
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan idmançısı Rüstəm Orucov (73 kq) dünyanın ən güclü cüdoçuları arasında reytinqə görə üçüncü yerdə qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, bu il Macarıstanda “Böyük dəbilqə” turnirində qızıl, Almaniyadakı analoji yarışda və Praqada Avropa çempionatında bürünc medal qazanmaqla xalların sayını 6575-ə qaldıran R.Orucov bu nəticə ilə öz çəki dərəcəsində birinci pillədədir.
Qazanılan xal sayına görə lider Nikoloz Şerazadishvilidir (İspaniya, 8111 xal). İkinci yeri isə Matias Kasse (Belçika, 6684 xal) tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]