Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saatlı rayonunun Yeni Novruzlu kəndində təzə evlər sakinlərini qəbul etmişdir

Saatlı rayonunun Yeni Novruzlu kəndində təzə evlər sakinlərini qəbul etmişdir

Saatlı, 1 noyabr (AZƏRTAC). Bu ilin yazında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Saatlı rayonunun Yeni Novruzlu kəndi ərazisində evləri uçulan vətəndaşlar üçün təzə mənzillər tikilmişdir.

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni evlərin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı fərdi evlərdə yaradılmış şəraitlə tanış oldu, qəsəbənin planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxdı.

Məlumat verildi ki, təbii fəlakət nəticəsində ümumilikdə Saatlı rayonu ərazisində 1028 evə, 5479 sakinə ziyan dəymişdi. Dövlətimizin başçısının tapşırığına əsasən rayonda 269 yeni daş evin tikilməsi qərara alınmışdır. Bunlardan inşası başa çatan 178 ev Yeni Novruzlu kəndində yerləşir.

Prezident İlham Əliyevə bildirildi ki, evlərə dəymiş ziyanla bağlı 916 ailəyə 998 min manat məbləğində kompensasiyanın ödənilməsi də başa çatmaq üzrədir. Qeyd olundu ki, yeni tikilən evlərin 13 min 751 kvadratmetr sahəsi vardır. Bu da həmin evlərə köçürüləcək ailələrin əvvəlki çiy kərpicdən olan mənzillərinin sahəsindən 3 min 400 kvadratmetr çoxdur.

Dövlətimizin başçısının tapşırıqlarına əsasən qısa müddətdə Yeni Novruzlu kəndində 36 hektar ərazidə 178 ev tikilmişdir. Yeni evlərdən 104-ü ikiotaqlı, 71-i üçotaqlı, 3-ü isə dördotaqlıdır. Burada müasir infrastruktur şəbəkəsi yaradılmış, yeni su xətti ilə yanaşı, 2 su hovuzu tikilmiş, evlərə su çəkilmişdir. Mənzillər elektrik enerjisi ilə təmin olunmuş, smart-kart tipli sayğaclar quraşdırılmışdır. Kənddə abadlıq və yaşıllaşdırma işləri aparılmış, 50 yerlik uşaq bağçası və körpələr evi, tibb məntəqəsi, klub, kitabxana, poçt şöbəsi, elektron ATS, inzibati binalar tikilmişdir.

Prezident İlham ƏLİYEV qəsəbə sakinləri ilə görüşdü, onları təbrik edərək dedi:

- Sizi ürəkdən salamlayıram. Yeni, gözəl evlərin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Burada bütün şərait yaradılıb, gözəl evlər tikilib. İndi mən tanış oldum, çox geniş, rahat, daş evlərdir, məktəb, bütün şərait vardır. Yəni, rahat, normal yaşamaq üçün bütün şərait vardır. Əlbəttə ki, bu evlər əvvəlki evlərlə müqayisə edilə bilməz. Siz yaxşı bilirsiniz ki, əvvəlki evlər hansı vəziyyətdə idi. Onların böyük əksəriyyəti çiy kərpicdən tikilmişdi və təbii fəlakət nəticəsində uçuluub dağılmışdır. Bu evlər isə əsaslı tikilib. Keyfiyyətli materiallardan istifadə olunub, geniş, rahat daş evlərdir.

Bu ərazidə heç nə yox idi, boş ərazi idi. İndi gözəl qəsəbə salınıb, burada 178 ev tikilib, böyük qəsəbədir. Bütün bunları çox qısa müddət ərzində yarada bilmişik. Cəmi bir neçə ay ərzində böyük qəsəbə salınıb. Mənə verilən məlumata görə, bütövlükdə Saatlı rayonunda nəzərdə tutulmuş evlərin 90 faizi artıq tikilibdir. Hələ tikinti işləri davam edir. Bir neçə ay ərzində görün nə qədər böyük işlər görülübdür. Təkcə Saatlı rayonunda deyil, sel-daşqınlardan əziyyət çəkmiş bütün rayonlarda tikinti, təmir-bərpa işləri gedir. Təbii fəlakətdən cəmi 4-5 ay keçibdir. Bu qəsəbələrin layihələndirilməsi, inşaat materiallarının gətirilməsi, işçi qüvvənin səfərbər olunması, tikinti işlərinin belə keyfiyyətlə aparılması, böyük zəhmət və peşəkarlıq tələb edən məsələlərdir. Mən söz vermişdim ki, qış gələnə qədər işlərin böyük əksəriyyəti görülməlidir və bu gün bunun şahidiyik. Hava hələ yaxşıdır, istidir, amma evlər artıq hazırdır.

Hələ tikinti işləri davam edir, hələ bir neçə sahədə təmir-bərpa işləri aparılır və ümid edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr icra ediləcəkdir. Bu, böyük bir layihədir. Ölkə daxilində, bütün bölgələrdə evlərin tikintisi böyük zəhmət tələb edən məsələdir. Üç mindən artıq ev təbii fəlakət nəticəsində uçub-dağılıb, yaxud da ki, yararsız, qəza vəziyyətinə düşüb. Dediyim kimi, onların əksəriyyəti çiy kərpicdən tikilmiş keyfiyyətsiz evlər idi, su dəyən kimi, dağıldı, uçuldu. İnsanlar evsiz-eşiksiz qalmışdılar. İnsanlara kompensasiya ödənildi, biz onları müvəqqəti yaşamaq üçün şəraitlə təmin etdik. Bütün bu işlər - xilasetmə və tikinti işləri qısa müddət ərzində görüldü. May ayında keçirdiyim müşavirədə qarşıya qoyulan bütün vəzifələr icra edildi. İnsanlar xilas edildi, bir dənə də itki baş vermədi, müvəqqəti yaşamaq üçün şərait yaradıldı, ərzaq, tibbi xidmət, təhsil məsələləri həllini tapdı. Bəzi insanlar məktəblərdə məskunlaşdırıldı, bəziləri üçün müvəqqəti olaraq çadır şəhərcikləri yaradıldı. Ondan sonra tikinti-bərpa işlərinə başlandı ki, bunun nəticəsini biz artıq görürük. Bir müddət bundan əvvəl mən yeni evlərin tikintisinin başa çatması ilə əlaqədar Hacıqabulda olmuşam. Bu gün Salyan, Sabirabad, Saatlı, İmişli rayonlarında belə mərasimlər keçirilir. Bu, məni çox sevindirir. Mən bu gün çox xoşbəxtəm, çox şadam ki, biz buna nail ola bildik. Azərbaycan dövləti həmişə olduğu kimi, öz vətəndaşlarına qayğı və diqqət göstərdi, onları ağır günlərdə tək qoymadı.

Bu gün bu gözəl evlərdə yaşamaq üçün bütün şərait vardır. Mən əminəm ki, burada insanlar xoşbəxt yaşayacaqlar. Bu məktəbdə oxuyan uşaqlar gələcəkdə Vətən üçün böyük işlər görəcəklər, dəyərli vətəndaşlar olacaqlar, Azərbaycanımızı irəliyə aparacaqlar. Bu gün dövlətimiz böyük işlərə qadirdir. Təbii fəlakət bunu göstərdi. Kaş ki, olmayaydı. İnsanlar bu qədər əziyyət çəkdilər, evlərini, mülklərini itirdilər. Amma oldu, bu, təbiətin fəsadıdır. Ancaq bu, bizim hamımız üçün bir sınaq idi. Dövlət üçün də, dövlət qurumları üçün də, insanlar üçün də. Biz hamımız bu sınaqdan şərəflə çıxdıq. İnsanlar əyilmədilər, özlərini çox ləyaqətlə apardılar, yəni, o çətin vəziyyətə dözdülər, öz vətəndaşlıq borcunu yerinə yetirdilər.

Dövlət öz tərəfindən insanlara lazım olan qayğısını, diqqətini göstərdi və söz verdi ki, bu insanlar ən yüksək səviyyə ilə təmin olunacaqlar. İndi, bax, burada tikilmiş evlərlə əvvəlki evləri müqayisə etmək mümkün deyildir, yüz dəfə o evlərdən gözəl, rahat, keyfiyyətli və genişdir.

Bu hadisələr, mən qeyd etdim, bir də demək istəyirəm ki, nə qədər çətin olsa da, bizim üçün o qədər də şərəflidir. Azərbaycan xalqı, Azərbaycan dövləti bu sınaqdan necə çıxıb?! Özü də tək, heç bir yerdən yardım almadan. Düzdür, bizə müraciətlər, yardım göstərmək istəyənlər olmuşdu. Biz təşəkkürümüzü bildirdik və qeyd etdik ki, bütün bu işləri özümüz öz gücümüzə görə bilərik. Belə də oldu. Sizi bu gözəl gün münasibətilə təbrik edirəm. Bu gün tarixdə qalacaqdır. Bu, güclənən Azərbaycanın qələbə, zəfər günüdür. Biz buna nail olduq. Mən əminəm ki, gələcəkdə bundan da böyük işlər görəcəyik. Azərbaycanda bütün insanlar rahat, firavan yaşamalıdırlar. İş yerləri olmalıdır, maddi imkanlar genişlənməlidir. Bütün infrastruktur dünya səviyyəsində olmalıdır. Biz buna çalışırıq və buna nail oluruq. Bir daha sizi təbrik edirəm.

X X X

Yeni kəndin sakinləri adından dövlətimizin başçısına minnətdarlıq edən Sahət ƏMİRASLANOV dedi:

- Qəsəbəmizin sakinləri ilə bərabər, rayonumuzun bütün əhalisi sevinc içərisindədir. Biz bu gün ulu öndərin layiqli davamçısı, xalqımızın güvənc yeri olan əziz Prezidentimizi qarşılayırıq.

Cənab Prezident, təbiət bu il bizi ağır sınağa çəkdi. Kür və Araz çaylarının daşması, Sarısu gölü bəndinin dağılması nəticəsində bir sıra yaşayış məntəqələri, o cümlədən mənim yaşadığım Novruzlu kəndi də su altında qaldı. Belə ağır anlarda Siz bizə dayaq durdunuz, bizim qayğılarımızla yaşadınız. Bax, budur xalqına, elinə, obasına xidmət.

Mən ziyalıyam, hər gün televizora baxıram, mətbuatı izləyirəm. Dünyada baş verən təbii fəlakətləri görürəm. Heç bir dövlət başçısı Sizin kimi öz xalqına himayədarlıq etmir. Bütün dünya Azərbaycan dövlətinin timsalında xalqla dövlətin birliyini gördü. Bu birliyin əsasında Sizə inam durur.

Sahət Əmiraslanov daşqınlardan ziyan çəkən digər rayonlarda olduğu kimi, Saatlıda da dövlətimizin başçısının tapşırığı ilə operativ tədbirlərin həyata keçirildiyini, əhaliyə hərtərəfli mənəvi və maddi yardım göstərildiyini vurğulayaraq bildirdi:

- Möhtərəm Prezident, ata-babalarımız körpü tikməyi, yol çəkməyi Allaha xoş gələn savab iş kimi qiymətləndiriblər. Belə ki, Araz çayı üzərində salınan asma körpünün təməli 1989-cu ildə qoyulmuş, lakin tikintisi yarımçıq qalmışdı. Sizin göstərişinizlə tikilib istifadəyə verilməsəydi, yəqin ki, daşqın zamanı biz daha dəhşətli fəlakətlə üzləşə bilərdik.

Dövlətimizin başçısının Saatlı rayonunun sosial-iqtisadi inkişafını daim diqqətdə saxlamasını rayon əhalisinin böyük razılıqla qarşıladığını xüsusi vurğulayan Sahət Əmiraslanov dedi:

- Rayonun inkişafı ilə bağlı son iki ildə imzaladığınız üç Sərəncam əhalimizə əvəzsiz töhfədir.

Bu gün Sizin qayğınız nəticəsində Mərkəzi rayon xəstəxanası əsaslı təmir olunur, Saatlı-Musalı-Məzrəli avtomobil yolu yenidən qurulur, rayon bütünlüklə abadlaşır, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır.

Əziz Prezident, biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz vardır. Sizinlə qürur duyuruq, iftixar hissi keçiririk. Təbii fəlakətlə üzləşmiş insanalara göstərdiyiniz bu yüksək qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Sizə ulu Tanrıdan cansağlığı, uzun ömür arzulayırıq. Diqqətinizə görə sağ olun.

X X X

Prezident İlham ƏLİYEV: - Sağ olun, təşəkkür edirəm. Doğrudan da Saatlı rayonunun inkişafı üçün tədbirlər görülür. Rayonda işlər yaxşı gedir. Mən də Saatlıda gedən işləri həmişə diqqət mərkəzində saxlayıram. Rayon mərkəzi xəstəxanasının təmiri, yolun salınması bu rayonun inkişafına çox böyük təkan verəcəkdir. Çünki həm sosial məsələlərin həlli, həm insanların rahatlığı üçün yaradılan müasir infrastruktur iqtisadi imkanlarımızı gücləndirir və insanlar üçün yeni şərait yaradır. Mənə məlumat verilmişdi ki, yeni yol çəkiləndən sonra o kəndlərdə yaşayan insanlarla rayon mərkəzi arasında birbaşa rahat əlaqə təşkil olunacaqdır. Burada minlərlə vətəndaş yaşayır. Yol isə çox bərbad vəziyyətdədir. Prezidentin ehtiyat fondundan əlavə vəsait ayrıldı. Çünki bu vəsait dövlət büdcəsində nəzərdə tutulmurdu. Düzdür, il artıq başa çatır və gələn ilin dövlət büdcəsi artıq hazırdır. Biz gözləyə bilərdik, deyə bilərdik ki, iki aydan sonra yeni il başlayır onda vəsait ayırarıq. Amma niyə gözləməliyik. Əgər bu gün, bu aylarda bunu edə biləriksə, nə üçün vaxt itirməliyik. Biz insanlar üçün hər şey, nə lazımdırsa etməliyik. Hər rayonda güclü infrastruktur, sosial obyektlər, məktəblər, xəstəxanalar tikilir, yollar salınır. Azərbaycanın bugünkü reallıqları bundan ibarətdir. Mən də Prezident kimi, çalışıram ki, işlər hər yerdə sürətlə getsin, hər yerdə tərəqqi, inkişaf olsun, insanlar daha da yaxşı yaşasınlar. Bu, mənim vəzifə borcumdur, həm Prezident, həm də vətəndaş kimi.

Bu il dünyanın müxtəlif yerlərində, demək olar ki, bütün qitələrdə təbii fəlakətlər - yanğınlar, daşqınlar, sellər, zəlzələlər baş verir. Nə qədər insan həlak oldu. Biz bir dənə də itki vermədik. Nə üçün? Çünki bütün işləri vaxtında gördük. Biz bütün bu işləri öz gücümüzə etdik. Heç bir yerdən yardım almadan. Bu, yenə də onu göstərir ki, Azərbaycan dövlətinin imkanları vardır, iradə və siyasət vardır. Çünki siyasət sadəcə olaraq haradasa çıxış etmək, nə isə vəd vermək, danışmaqdan ibarət deyildir. Siyasət konkret işlərdən ibarətdir. Bax bu məktəb, bu ev, yol - budur siyasət. Mən siyasəti belə başa düşürəm.

O ki qaldı, xarici siyasətə, əlbəttə ki, orada diplomatik səylər göstərilir, Azərbaycanın mövqeyi möhkəmləndirilir. Azərbaycan bölgədə və dünyada öz mövqelərini böyük dərəcədə möhkəmləndirə bilmişdir. Ancaq xarici siyasətdə uğurlarımızı təmin edən nədir? Daxildə gedən iş. Əgər daxildə işlər yaxşı səviyyədə qurulmayıbsa, istənilən ölkənin xarici siyasəti uğurlu ola bilməz. Daxildə möhkəm təməl üzərində qurulan iqtisadiyyat, sosial rifah, inkişaf, sabitlik, xalqla iqtidar arasında birlik - budur bizim ölkə kimi beynəlxalq mövqelərimizi gücləndirən amillər. O ki qaldı, daxili işlərə, yenə də deyirəm, mən çalışıram və çalışacağam ki, Azərbaycan xalqı yaxşı yaşasın. Azərbaycanda bütün məsələlər öz həllini tapsın. Sosial, iqtisadi, mədəni - bütün sahələrdə gözəl işlər görülsün. Binalar, evlər, yollar, parklar. Biz bu gözəl işləri gözəlləşən şəhərlərimizin gözəlləşən simasında görürük. O cümlədən Saatlı rayonunda bu işlər yüksək səviyyədə aparılır.

Bir də demək istəyirəm ki, belə qəsəbələr bu gün Azərbaycanın müxtəlif rayonlarında salınır. Bəzi rayonlarda ayrı-ayrı evlər, bəzi rayonlarda bax, buradakı kimi qəsəbələr tikilir. Bu gün səhərdən artıq üçüncü rayondur ki, oluram. Hələ bundan sonra İmişliyə gedəcəyəm. Mən istəyirəm ki, bütün işləri öz gözlərimlə görüm və bu gözəl gündə sizinlə bir yerdə olum.

Bu gün tarixi gündür. Bu gün gənc, müstəqil Azərbaycanın qələbəsi günüdür. Çünki biz bu böyük təbii fəlakətə baxmayaraq, gücümüzü göstərdik. Azərbaycan xalqı tam şəkildə səfərbər olunmuşdu. Bütün bölgələrdən yardımlar gəlirdi. Həm dövlət məmurları, həm vətəndaşlar, həm müvafiq qurumların nümayəndələri gecə-gündüz yorulmadan işləyirdilər ki, ağır vəziyyətə düşmüş insanların həyatını bir az yüngülləşdirək. Bu gün bu gözəl inkişafı, bu gözəl evləri görəndə ürəyim sevinir. Mən sizi bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

Sakinlər dövlətimizin başçısına dönə-dönə təşəkkür etdilər, ona Allahdan möhkəm cansağlığı arzuladılar.

Sonra Prezident İlham Əliyev “Saatlı rayonu Yeni Novruzlu kəndi ərazisində təbii fəlakət zamanı Kür və Araz çaylarının və Sarısu gölünün daşması nəticəsində Novruzlu, Dəllər, Nərimankənd və Musalı kəndlərində su altında qalmış fərdi evlərin yerində tikilən 178 evin baş planı”na baxdı.

Dövlətimizin başçısı Yeni Novruzludakı 132 şagird yerlik məktəb binası ilə də tanış oldu. Məlumat verildi ki, bu təhsil ocağı bütün lazımi avadanlıqla, tədris vəsaitləri, kompyuterlər və dərsliklərlə təchiz edilmişdir. Məktəbin ərazisində abadlıq işləri aparılmışdır.

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO