Saatlıda tərəvəz sahəsindən 1426 tondan çox pomidor yığılıb
Saatlı, 24 iyul, Mahir Babayev, AZƏRTAC
Bu il saatlılı fermerlər 915.8 hektar sahədə tərəvəz becəriblər. İl təsərrüfat işləri üçün əlverişli keçdiyindən və məhsul istehsalçıları becərdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiyindən sahələrdən bol məhsul yetişib. Xeyli vaxtdır ki, torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulun yığımına başlayıblar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, saatlılı fermerlər becərdikləri 915.8 hektar tərəvəz sahəsinin 419 hektarından indiyədək 4 min 707 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 112.3 sentner olur. Tədarük olunan tərəvəzin 589.1 tonu bibər, 616.9 tonunu xiyar, 1426.9 tonunu pomidor, 725.9 tonunu badımcan, 395.3 tonunu sarımsaq, 468.6 tonunu soğan, 484.6 tonunu isə kələm məhsulları təşkil edib.
Əkinçilər, həmçinin əkdikləri 2418.5 hektar bostan sahəsinin 1096 hektarından 30 min 400.7 ton qarpız və yemiş də toplayıblar. Fermerlər gün ərzində ümumilikdə 25-30 hektar tərəvəz sahəsinin məhsulunu yığırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]