Saatlıda vətəndaşlardan 1 avtomat, 3 ov silahı götürülüb
Saatlı, 21 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinləri arasında keçirdikləri profilaktik tədbirlər nəticəsində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son iki gün ərzində qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən vətəndaşlardan 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, eləcə də 1 ədəd “AKMS” markalı avtomat, 1 ədəd həmin silaha məxsus daraq və 20 ədəd patron təhvil götürülüb.