Sabah Bakıda idman kapoeyrası üzrə dünya çempionatına start veriləcək
Bakı, 10 may, AZƏRTAC
Mayın 11-12-də Bakı İdman Sarayında idman kapoeyrası üzrə dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Kapoeyra Federasiyasının (WCF), Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış Azərbaycanın Braziliyadakı və Braziliyanın Azərbaycandakı səfirlikləri tərəfindən dəstəklənir.
Çempionata 40-dan çox ölkədən yüzlərlə idmançı və komanda üzvünün qatılacağı gözlənilir. Yarışda, həmçinin dünyanın 12 ən iri kapoeyra qrupu və onların qrand masterlərinin, fəxri qonaq kimi rəsmi şəxslərin iştirakı gözlənilir.
Dünya çempionatında ölkəmiz müxtəlif çəki və yaş kateqoriyaları üzrə 25 idmançı ilə təmsil olunacaq. Yığma komandamız mundiala hazırlığı Azərbaycan Kapoeyra Federasiyasının baş məşqçisi Elgiz Əlizadənin rəhbərliyi ilə davam etdirir.
Yarış bir çox beynəlxalq televiziya və internet kanalları, o cümlədən Braziliyanın televiziya məkanında işıqlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]