Sabah bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23°, gündüz 27-32° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 20-21° isti olacağı ehtimalı var.
Cənub çimərliklərində Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 22-23° isti olacağı ehtimal edilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 20-25° isti olacağı bildirilir.