Sabah dağlıq ərazilərdə qar yağacağı gözlənilir
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-12°, gündüz 15-17° isti olacağı ehtimal edilir.
Atmosfer təzyiqi normadan yüksək 775 millimetr civə sütunundan 771 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 31-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 13-18° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 15-20° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Axşama doğru yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Axşama doğru yağıntı tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 12-17° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10°, gündüz 13-17° isti, dağlarda gecə 4-6°, gündüz 8-11° isti olacağı gözlənilir.