“Sabah” klubu heyətini ukraynalı müdafiəçi ilə gücləndirib
Bakı, 18 fevral, AZƏRTAC
Bakının “Sabah” futbol klubu heyətini müdafiəçi ilə gücləndirib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, ukraynalı müdafiəçi Zurab Oçiqava ilə imzalanan müqaviləyə əsasən futbolçu cari mövsümün sonunadək komandanın formasını geyinəcək.
İyirmi beş yaşlı Z.Oçiqava karyerası ərzində Ukraynanın “İlyiçevets” (2014-2015), “Dinamo-2” (Kiyev, 2015-2016), “Dinamo” (Kiyev, 2016-2017), “Olimpik” (Donetsk, 2017-2018), “Dnepr-1” (2018-2019), “Vorskla” (2019-2020) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukraynanın U-21 millisinin üzvü olub.
Futbolçu yeni komandasında 3 nömrəli formada çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]