Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Bakı, 1 iyul, AZƏRTAC
Ölkə ərazisində iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21°, gündüz 25-30° isti, Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 22-23° isti olacağı ehtimalı var. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 23-24° isti olacağı ehtimal edilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 16-21° isti olacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı ehtimal edilir.