Sabirabadın Qaragüney və Qarağac kəndləri ilk dəfə qazlaşdırılıb
Bakı, 21 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Noyabrın 21-də Sabirabad rayonunun Qaragüney və Qarağac kəndlərinə ilk dəfə təbii qaz verilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin təmsilçiləri, Sabirabad rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
R.Abdullayev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edərək, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Vurğulanıb ki, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir.
SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [16:43]
I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO
- 10.05.2026 [16:12]
Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
- 10.05.2026 [15:03]