Şabranda vətəndaşlara sərv, tuya, gilas, xurma və heyva tingləri hədiyyə edilib
Bakı, 26 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azpetrol LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Şabran rayonunda fəaliyyət göstərən "Azpetrol" yanacaqdoldurma məntəqəsində vətəndaşlara sərv, tuya, gilas, xurma və heyva tingləri hədiyyə edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, “Bir ağac-min nəfəs” devizi altında və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tingpaylama aksiyasında ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.