“Sahə” bədii filmi nümayiş olunacaqdır
Bakı, 17 may (AZƏRTAC). Mayın 19-20-də “Park-Bulvar” ticarət və istirahət mərkəzinin 4-cü mərtəbəsində yeləşən “Park cinema” kinoteatrında “Sahə” bədii filmi nümayiş etdiriləcəkdir.
“Narimanfilm” kinostudiyasından AZƏRTAC-a bildirmişlər ki, “Sahə” bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə mistik səyahətindən danışır.
“Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin, “PAŞA Bank”ın iştirakı ilə ərsəyə gətirilmişdir.
“Sahə” filmi 2010-cu ildə Azərbaycan tərəfindən “Xarici dildə ən yaxşı film” kateqoriyasında 83-cü illik Oskar mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürülmüşdür. Həmçinin əsas rollardan birinin ifaçısı olan Timur Oduşevin 32-ci Hollivudun Gənc İstedadları Mükafatının (Hollywood Young Artists Award) təqdimetmə mərasimində “Best Performance in an İnternational Feature Film” nominasiyasında mükafat alması bu filmə marağın artmasına səbəb olmuşdur.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) ifa etmişlər.
Bu ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, operatorları Konstantin Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]