SAHİBKARLARA 63,1 MİLYON MANAT GÜZƏŞTLİ KREDİT VERİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci il üçün dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) güzəştli kreditlərin verilməsi məqsədilə 74 milyon manat ayrılması nəzərdə tutulmuş, artıq bu vəsaitin 63,8 milyon manatı fondun xəzinə hesabına köçürülmüşdür.
Cari il sentyabrın 1-dək SKMF-dən müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 52 şəhər və rayonu üzrə 556 sahibkarlıq subyektinə 63,1 milyon manat güzəştli kredit verilmişdir.
Ayrılmış kreditlər əsasən sənaye məhsulları istehsalı (104 layihə), kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının inkişafı (400 layihə), turizm infrastrukturunun inkişafı (29 layihə), xidmət sahələri (22 layihə) və digər layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Maliyyələşdirilmiş layihələrin 78 faizdən çoxu regionların payına düşür. Bu layihələrin 86 faizi istehsal və emal yönümlüdür.
Cari ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 6700-dən çox yeni iş yeri yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]