Şahin Seyidzadə: Məqsədimiz gənclərin ümumi potensialını üzə çıxarmaqdır
Bakı, 26 oktyabr, AZƏRTAC
Avropa İttifaqının “Mədəniyyət və yaradıcılıq” proqramı çərçivəsində “British Council”in keçirdiyi “İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq” Forumunun əhəmiyyəti çoxdur. SABAH qrupları layihədə tərəfdaş kimi çıxış edir. Tələbələr üçün belə meydançaların yaradılması və onların kreativ ideyalarının üzə çıxarılması tədbirin məqsədlərindəndir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə deyib. Layihənin, ilk növbədə, tələbələr üçün olduğunu deyən Ş.Seyidzadə qeyd edib ki, burada gənclərin irəli sürdükləri ideyalar gələcəkdə sahibkarlığa, biznesə çevrilə bilər. Sözsüz ki, bu, beş-on ildən sonra nəticə göstərə bilər. Lakin bu gün düzgün addım atmaq çox vacibdir. “Hər gəncin daxilində bir yaradıcılıq var. Məqsədimiz gənclərin ümumi potensialını üzə çıxarmaqdır. Tələbənin irəli sürdüyü ideya uğurlu da ola bilər, yanlış da. Belə tədbirlər vasitəsilə tələbələrin ideyaları sınaqdan keçirilir, onlar təcrübə toplayır və ideyalarını təkmilləşdirirlər. Təşkilatçılar bu cür layihələri gələcəkdə davam etdirərsə, biz tərəfdaş olmağa hazırıq”, - deyə Ş.Seyidzadə bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]