Şahmatçılarımız “Aeroflot Open” turnirinin üçüncü turunda mübarizə aparacaqlar
Bakı, 22 fevral, AZƏRTAC
Bu gün Moskvada ənənəvi “Aeroflot Open” şahmat turnirinin üçüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, fevralın 21-də keçirilən ikinci turda “A” qrupunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov rumın Boqdan Deakla heç-heçə edib. Digər təmsilçimiz Eltac Səfərli isə hindistanlı Çitanbaram Aravindxla məğlub olub. Şahmatçılarımızın hər ikisi birinci turu qələbə ilə başa vurmuşdular.
“B” qrupunda isə 6 şahmatçımızdan ikisi, Azərbaycanın kişilər arasında hazırkı çempionu Məhəmməd Muradlı və gənc şahmatçı Aydın Süleymanlı qələbə qazanıblar. Hər iki şahmatçının birinci turdakı oyunları heç-heçə başa çatıb. İlk turda uğurla çıxış edən Vüqar Əsədli bu dəfə məğlub olub. Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Read Səmədov üçün də ikinci tur uğursuz olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]