Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya reytinqində mövqelərini qoruyublar
Bakı, 1 sentyabr, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov (2757 xal) və Teymur Rəcəbov (2747 xal) dünya reytinqində mövqelərini qoruyublar. Ş.Məmmədyarov 10-cu, T.Rəcəbov isə 15-ci pillədədirlər.
Kişi şahmatçılarımızdan ilk yüzlükdə daha bir təmsilçimiz yer alıb. Belə ki, Qədir Hüseynov (2661 xal) 85-ci yerdədir.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2861 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşi (2792 xal) isə üçüncü sıradadır.
Qadınların reytinq cədvəlində isə şahmatçılarımızdan Günay Məmmədzadə 2473 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2408) 45-ci, Gülnar Məmmədova (2382 xal) isə 73-cü pillədə yer alıblar.
Çinli Hou Yifan (2650 xal) qadınların reytinq cədvəlinə başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2579 xal) və hindistanlı Humri Koneru (2574 xal) sonrakı iki pillədə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]