SALOĞLUDAKI PARTLAYICI MADDƏLƏRİN TƏMİZLƏNMƏSİ LAYİHƏSİ İMZALANMIŞDIR
İmzalanma mərasimində bildirilmişdir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra SSRİ Silahlı Qüvvələrinə məxsus birləşmələr respublikanı tərk edərkən Saloğludakı hərbi bazanı partlatmış, 40 milyon kvadratmetr ərazi partlayıcı maddə və sursatla çirklənmiş, bu günədək baş vermiş 148 partlayış nəticəsində 31 nəfər həlak olmuş, 80 nəfər isə yaralanmışdır.
Azərbaycan hökuməti bu humanitar fəlakətin aradan qaldırılması istiqamətində daxili imkanlar hesabına bəzi addımlar atmış, ANAMA 1,1 milyon kvadratmetr ərazini təmizləmişdir. Bununla yanaşı, Xarici İşlər Nazirliyi problemin tam aradan qaldırılması üçün NATO-nun Siyasi-Hərbi Rəhbər Komitəsi ilə danışıqlar aparmış, “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində Etimad Fondu yaradılması üçün müraciət etmişdir. Bundan sonra ANAMA və NATO-nun Təchizat və Təminat Agentliyinin (NAMSA) əməkdaşları Saloğluda 5 milyon 683 min kvadratmetr ərazini təmizləmək üçün təxminən 1milyon avro dəyəri olan layihə hazırlamışlar.
Beləliklə, BMT İnkişaf Proqramının, Türkiyə, ABŞ, İsveçrə, Norveç, Finlandiya, Lüksemburq və Avstraliya hökumətlərinin maliyyə yardımı ilə layihənin icrası üçün tələb olunan vəsait təmin edilmişdir. Azərbaycan hökuməti layihənin icrasına təxminən 350 min avro vəsait ayırmışdır. Layihə bu il fevralın 15-də Brüsseldə NATO-nun baş katibi Yaap de Hoop Sxefferin iştirakı ilə Türkiyə aparıcı dövlət olmaqla təsdiq edilmişdir.
İmzalanma mərasimində çıxış edən Baş nazirin müavini Abid Şərifov, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons, Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı, ANAMA-nın direktoru Nazim İsmayılov, NAMSA-nın layihə üzrə meneceri Stiv Braun, Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı Cümşüd Musayev, AMEA-nın müxbir üzvü Nizami Cəfərov layihənin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Hökumət orqanları nümayəndələrinin, səfirlərin, beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi tədbirdə layihəni ANAMA-nın direktoru Nazim İsmayılov və NATO-nun layihə üzrə meneceri Stiv Braun imzalamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Neft bahalaşıb
- [10:09]
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [19:12]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:57]
Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib
- 06.10.2026 [18:31]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:29]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [18:28]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:17]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [18:16]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [18:15]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:10]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [18:09]
Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb
- 06.10.2026 [18:02]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [18:00]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:58]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:49]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:47]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:42]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:36]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [17:29]
Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
- 06.10.2026 [17:26]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [17:09]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:04]
Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq
- 06.10.2026 [17:03]
Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq
- 06.10.2026 [17:03]
Gürcüstanda yanacaq yenidən bahalaşıb
- 06.10.2026 [16:58]