Şalva Papuaşvili: Fransada yeni seçkilərin keçirilməsi siyasi böhranın ən yaxşı həlli olacaq
Tbilisi, 7 yanvar, AZƏRTAC
“Fransada yeni seçkilərin keçirilməsi bu ölkədəki siyasi böhranın ən yaxşı həlli olacaq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Mən Fransanın daxili siyasətinə qarışmaq fikrində deyiləm. Lakin nəzərə almalıyıq ki, fransızların 61 faizi Prezident Makronun istefasını, 50 faizi isə Milli Assambleyanın buraxılmasını istəyir. Belə olan halda, siyasi böhrandan çıxış yolu üçün yeni seçkilər daha yaxşı olardı”, – deyə Papuaşvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]