Salvini Makronu cinayətkar və idarəolunmaz tip adlandırıb
Bakı, 8 iyun, AZƏRTAC
İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri, hakim “Liqa” partiyalarından birinin lideri Matteo Salvini Fransa prezidenti Emmanuel Makronu və NATO-nun Baş katibi Yens Stoltenberqi cinayətkar adlandırıb.
AZƏRTAC xəbər verir ki, siyasətçi bu barədə ictimai tədbirdə çıxışı zamanı deyib.
“Emmanuel Makronun və NATO Baş katibi Yens Stoltenberqin sözləri tamamilə aydındır. Rusiyanı bombalamağı təklif edənlər cinayətkardır. Belə sözlər üçüncü dünya müharibəsini yaxınlaşdırır”, - deyə “Corriere della Sera” qəzeti Matteo Salvinidən sitat gətirib.
Eyni zamanda, İtaliya Baş nazirinin digər müavini və xarici işlər naziri Antonio Tayani İtaliyanın mövqeyinin Emmanuel Makronun mövqeyi ilə üst-üstə düşmədiyini və Rusiya ilə müharibə vəziyyətində olmadıqlarını vurğulayıb.
Qeyd edək ki, iyunun 6-da Emmanuel Makron TF1 və France 2 telekanallarına müsahibəsində Parisin “Mirage 2000-5” qırıcılarının Kiyevə tədarük olunmasını koordinasiya etməyi planlaşdırdığını və bu yay ukraynalı pilotların təliminə başlanılacağını bildirib. Fransanın dövlət başçısı, həmçinin Fransa ordusunun 4,5 min ukraynalı hərbçiyə təlim keçməyə və onları sursatla təchiz etməyə hazır olduqlarını və bunun üçün Ukraynaya təlimatçılar göndəriləcəyini əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]