Salyanda ümummilli lider Heydər Əliyevin doğum günü qeyd olunmuşdur
Salyan, 7 may (AZƏRTAC). Salyanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Ulu Öndərin adını daşıyan parkda ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət təmsilçiləri əvvəlcə Heydər Əliyev mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən foto və sənədlərlə tanış olmuşlar
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin yaradılmasında Heydər Əliyev şəxsiyyətinin rolundan ətraflı söhbət açmışlar.
Bildirilmişdir ki, 1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan ölkəmiz fəlakətlərdən xilas olunmuş və ölkəmizdə bəşəri dəyərlərə əsaslanan hüquqi-demokratik dövlət quruculuğu başlanmışdır.
Ümummilli Liderin siyasi kursunun uğurlu davamından danışan natiqlər ölkəmizin bugünkü sosial-iqtisadi inkişafı, Prezident İlham Əliyevin qayğısı ilə Salyanda həyata keçirilən infrastruktur layihələrini diqqətə çatdırmışlar.
Tədbirdə respublikanın tanınmış incəsənət ustaları, rayonun özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]