Şamaxı Astrofizika Rəsədxanasının elmi şurasının onlayn iclası keçirilib
Bakı, 15 may, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının onlayn iclası keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, onlayn iclasda rəsədxananın direktoru, Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov COVID-19 virusunun ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında sərəncamına əsasən rəsədxananın fəaliyyəti qismən bərpa olunub. Eyni zamanda, işə çıxan əməkdaşların profilaktik normalara riayət etmələri vacibdir.
Sonra “Azərbaycan astronomiya jurnalı”nın növbəti buraxılışı ilə bağlı müzakirələr aparılıb.
Rəsədxananın magistrant və doktorantlarının təhsili məsələsinə dair çıxış edən şöbə müdiri Paşa Əhmədov dərslərin distant qaydada davam etdirildiyini bildirib.
Sonda bir sıra cari məsələlərə baxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]