ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASININ TELEFONLAŞDIRILMASI VƏ İNTERNETƏ QOŞULMASI TƏMİN EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının telefonlaşdırılmasını və sürətli internet şəbəkəsinə qoşulmasını təmin edəcəkdir.
Bu iş Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası haqqında” Sərəncamına əsasən yerinə yetiriləcəkdir.