Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞAMAXI RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz şamaxılılar!

Əziz bacılar və qardaşlar!

Bu gün çox əlamətdar bir gündür. Şamaxı rayonunda yeni Müalicə-Diaqnostika Mərkəzinin təməlini qoyduq. Əminəm ki, qısa müddət ərzində burada çox gözəl bir tibb ocağı tikiləcək və şamaxılıların istifadəsinə veriləcəkdir. Burada ən yüksək dünya standartlarına uyğun müasir avadanlıqlar olacaq, diaqnostika, müalicə və müayinə üçün hər cür şərait yaradılacaqdır. Bu, bir də onu göstərir ki, Azərbaycanda çox güclü sosial siyasət aparılır.
Bildiyiniz kimi, ölkəmizin müxtəlif rayonlarında yeni, müasir xəstəxanalar tikilir. Artıq Lənkəranda və Naxçıvanda bu xəstəxanalar fəaliyyətə başlamışdır və orada çox yüksək tibbi xidmət var. Başqa şəhər və rayonlarda da eyni tibb ocaqları tikilir. Bu gün Şamaxıda təməlini qoyduğumuz xəstəxana, əlbəttə ki, ən yüksək səviyyədə tikilib istifadəyə veriləcəkdir. Bütün bunları biz indi həyata keçiririk, imkanlarımız artır, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Azərbaycanın neft strategiyası nəticəsində bütün bunlar mümkün olur. Çünki bütün bu yeni xəstəxanalar və diaqnostika-müalicə mərkəzləri Neft Şirkətinin hesabına tikilir. Əgər 1994-cü ildə biz xarici neft şirkətləri ilə əməkdaşlığa başlamasaydıq, bu gün bunları etmək qeyri-mümkün olacaqdı. Bu onu göstərir ki, Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri insanların rifah halının yaxşılaşmasında öz rolunu oynayır. Bizim güclü sosial siyasətimizin də əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan xalqı daha da yaxşı, daha da firavan yaşasın, bunun üçün lazım olan bütün infrastruktur obyektləri tikilib istifadəyə verilsin, özü də yüksək səviyyədə. Ona görə, bildiyiniz kimi, xəstəxana, məktəb tikintisi Azərbaycanda çox geniş vüsət alıbdır və biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Bizim maddi imkanlarımız artır. Keçən il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi nəticəsində Azərbaycana çox böyük həcmdə valyuta axını başlamışdır. Bizim də düşünülmüş proqramlarımız var, bütün istiqamətlər üzrə fəaliyyət planımız var və bunları həyata keçiririk.
Bir müddət bundan əvvəl Şamaxıda çox müasir Olimpiya İdman Kompleksi də tikilmişdir. Bu gün xəstəxananın təməli qoyuldu və Şamaxı rayonunun bütövlükdə inkişafına da böyük diqqət göstərilir. Şamaxı çox gözəl rayondur və Azərbaycanın qədim torpağıdır. Mən çox istəyirəm ki, burada quruculuq-abadlıq işləri daha da sürətlə getsin. Artıq televizor istehsalı zavodu istifadəyə verilmişdir. Burada məişət malları istehsalı zavodu da tikilir. Digər iş yerləri üçün lazım olan infrastruktur və sənaye müəssisələri də tikilməlidir. Çünki iş yerləri çox olan halda, əlbəttə ki, insanların həyat səviyyəsi də yaxşılaşır. Regionların sosial-iqtisadi inkişafı proqramı da bu məqsədi güdür. Bu ilin fevral ayında biz proqramın üçilliyini qeyd elədik, çox geniş müzakirələr, təhlillər aparıldı və gördük ki, bu son üç il ərzində proqramın icrası nəticəsində çox böyük işlər görülmüşdür.
Demək olar ki, ölkəmizin hər bir yerində yenilik var. Yeni müəssisələr, fabriklər, yollar, infrastruktur obyektləri, elektrik stansiyaları, bütün bunlar ölkəmizi gücləndirir. Əgər hər bir rayon iqtisadi cəhətdən güclü olarsa, onda ölkəmiz də güclənər. Buna da bütün imkanlar var.
Bir daha demək istəyirəm ki, Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu, əsas məqsəddir. Biz bu layihələri başlayanda da məhz bu məqsədi rəhbər tutmuşduq. Çünki əsas məqsəd bütün bu imkanları səfərbər edib insanların daha da yaxşı yaşamasını təmin etməkdir. Bu məqsədlə maaşlar da, pensiyalar da artırılır. Bildiyiniz kimi, bu yaxınlarda minimum əmək haqqı da artırılmışdır. Büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların əmək haqları artırılmışdır. Bu siyasət ardıcıl şəkildə aparılır. Neçə illərdir maaşlar, pensiyalar ildə ən azı iki dəfə artırılır və gələcəkdə də biz bunu edəcəyik. Gələcəkdə bizim imkanlarımız daha da geniş, daha da böyük olacaqdır. Ona görə sosial məsələlərin həllinə daha da böyük diqqət göstəriləcəkdir.
Bütövlükdə səhiyyə sisteminin inkişafına böyük diqqət göstərilir, yeni xəstəxanalar tikilir. Bildiyiniz kimi, bu yaxınlarda təcili tibbi yardım maşınlarının alınması üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılıbdır. Ən müasir standartlara cavab verən avadanlıqlar gətiriləcəkdir. Belə olan halda, bütün bu sosial məsələlər daha da asanlıqla öz həllini tapacaqdır.
Mən çox şadam ki, bu gün biz birlikdə bu mərkəzin təməlini qoyduq. Əminəm ki, qısa müddət ərzində, maksimum bir il ərzində biz yenə də burada görüşəcək və gözəl xəstəxananın - Müalicə-Diaqnostika Mərkəzinin açılışını qeyd edəcəyik. Bundan sonra da belə açılışlar çox olacaqdır. Biz regionların sosial-iqtisadi inkişafına bundan sonra da böyük vəsait ayıracağıq. Bizim büdcə gəlirlərimiz ildən-ilə artır və bildiyiniz kimi, büdcə gəlirlərinin əsas hissəsi həm infrastruktur layihələrinə, həm də sosial məsələlərin həllinə yönəldilibdir. Belə olan halda, ölkəmiz hərtərəfli inkişaf edəcəkdir.
Biz neft amilindən çox məharətlə istifadə edirik və Azərbaycan da böyük həcmdə neft hasil edən ölkəyə çevrilir. Azərbaycanın beynəlxalq önəmi artır və biz regional çərçivədə daha da fəal rol oynayırıq. Bizim təşəbbüsümüzlə həyata keçirilən transmilli layihələr həm ölkəmizin iqtisadiyyatını gücləndirir, həm də beynəlxalq imicini, önəmini artırır. Belə olan halda, bütün məsələlər daha da asanlıqla öz həllini tapacaqdır. Həm xarici siyasətdə, həm daxili siyasətdə, həm iqtisadi inkişafda, regionların sosial-iqtisadi inkişafında, müxtəlif sosial məsələlərin həllində - təhsil, səhiyyə, mədəniyyət, ekologiyada, bütün sahələrdə proqramlar var və bunlar ardıcıllıqla icra olunur. Mən şübhə etmirəm ki, yaxın zamanlarda Azərbaycan çox zəngin ölkəyə çevriləcək, Azərbaycan vətəndaşları daha da yaxşı yaşayacaqlar. Mənim məqsədim budur! Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar. Sağlam olmaq üçün, əlbəttə ki, hər bir insan vaxtaşırı tibbi müayinədən keçməlidir. Bunu da biz Azərbaycanda tətbiq edəcəyik. Mən sizə onu da deyə bilərəm ki, yeni xəstəxanaların tikintisi məhz Azərbaycanın rayonlarından başlanmışdır.
Bizim istədiyimiz də odur ki, rayonlarda tibbi xidmət güclənsin. Çünki Bakıda və böyük şəhərlərdə bu, var, düzdür, bizi tam qane etmir, amma var. Lakin, ilk növbədə, rayonlarda yaşayan insanların sağlamlığı bizim üçün vacibdir, çünki rayonlarda səhiyyənin səviyyəsi çox aşağıdır. İndi hər bir bölgədə artıq bu işlər gedir və gələcəkdə isə biz hər bir rayonda da bunlara nail olacağıq.
Əziz dostlar, mən sizi bir daha ürəkdən salamlayıram. Şamaxıda olmağımdan çox məmnunam. Mən Şamaxıda dəfələrlə olmuşam və həmişə şamaxılıların dəstəyini hiss etmişəm. Bu dəstək mənə güc verir və buna əsaslanaraq, öz işimi davam etdirirəm. Prezident kimi üzərimə götürdüyüm bütün öhdəlikləri yerinə yetirirəm və xalq qarşısında vaxtaşırı hesabat verirəm. Görülən işlər də göz qabağındadır. Düzdür, problemlər də, həll olunmamış məsələlər də var. Amma biz bunların həlli yollarını bilirik, bunları həll edirik və sizin dəstəyinizlə bundan sonra da edəcəyik.
Mən sizin hamınıza ürəkdən cansağlığı arzu edirəm. Arzu edirəm ki, siz xəstələnməyəsiniz, amma işdi, əgər xəstələnsəniz, onu da bilin ki, bir ildən sonra burada ən yüksək tibbi xidmət almaq mümkün olacaqdır. Sağ olun, sizə uğurlar, cansağlığı arzulayıram.
(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər