Şamaxıda evlərdən oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 29 mart, AZƏRTAC
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhər ərazisində fərdi evdən 3 min ABŞ dolları və 1600 manat məbləğində pulun oğurlanması ilə bağlı daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov və Şamaxı şəhər sakini Ağakərim Mahmudov tutulublar. Araşdırma zamanı saxlanılan A.Mahmudovun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun vətəndaş Nurlan Heydərovla qabaqcadan əlbir olaraq daha bir mənzildən 12 min manat məbləğində pul və 5400 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.