Samir Abasov: Heç bir oyunçunu arxa plana atmırıq
Bakı, 1 dekabr, AZƏRTAC
"Maraqlı oyun oldu. Azarkeşlərə təşəkkür edirəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi" komandasının baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XV turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O, futbolçularını ayrı-ayrılıqda təhlil etmək istəmədiyini bildirib: "Heyətdə müzakirə olunacaq oyunçular var. Lakin bu barədə danışmaq istəmirəm. Bu gün futbolçularım çox istəkli şəkildə meydana çıxmışdılar. Sadəcə, dəqiq ötürmələrdən və qol epizodlarından yararlana bilmədik. Yuri Matiasın qol vəziyyətindəki səhvi bizə təsir etdi. Lakin böyük hesabdan sonra meydanda aqressiv olmaq istəmərik. Uduzsaq belə, məşqdə göstərdiyimiz planı meydanda nümayiş etdirmək niyyətindəyik".
Mütəxəssis hədəfə çatmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: "Görüləcək işlər çoxdur. Biz çempionatda yuxarı yerlər uğrunda iddiamızı davam etdiririk. Hazırda ölkə kubokunda da öz yolumuzla gedirik. Fanatlarımız çox məyus olub. Onları da başa düşürəm. Heç bir oyunçunu arxa plana atmırıq".
S. Abasov Ramil Şeydayevin meydanda ürəklə mübarizə apardığını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]