San-Fransiskoda Azərbaycan mədəniyyət ustalarının Kaliforniya turnesinin yekun konserti olmuşdur
San-Fransisko, 17 may (AZƏRTAC). Kaliforniyada Azərbaycan musiqisi həftəsi San-Fransisko şəhərindəki “Fort Meyson” mədəniyyət mərkəzində yekun konsertlə başa çatmışdır. Bütün səfər boyunca olduğu kimi, burada da tamaşaçılar istedadlı pianoçu Emil Əfrasiyabın rəhbərlik etdiyi qrupun etno-caz proqramını və Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışlarını hərarətli alqışlarla qarşılamışlar. Azərbaycanın “Eurovision-2011” müsabiqəsində qalib gəlməsi xəbərini musiqi gecəsinin iştirakçıları böyük sevinclə qarşılamışlar. Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş konsertdə Azərbaycanın “Eurovision-2011” yarışmasında qalibiyyəti ABŞ-da ilk dəfə qeyd edilmişdir. Şimali Kaliforniyanın müxtəlif şəhərlərindən gəlmiş tamaşaçılar arasında Azərbaycanın Xalq Artisti Çingiz Sadıqov da var idi.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizin Los-Ancelesdəki baş konsulluğu ilə birgə təşkil etdiyi səfər çərçivəsində Azərbaycanın Müstəqillik Günü Los-Anceles, Santo-Monika, San-Fransiskoda zəngin və parlaq konsert proqramları ilə qeyd olunmuşdur.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
San-Fransisko
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]

