SAN-MARİNO RESPUBLİKASININ RECENT KAPİTANLARI ZATİ-ALİLƏRİ ALESSANDRO ROSSİYƏ VƏ ALESSANDRO MANÇİNİYƏ
Zati-aliləri,
San-Marinonun milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə San-Marino arasında təşəkkül tapmaqda olan münasibətlər daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 avqust 2007-ci il.