“San Yarlığı” mükafatları təqdim olunmuşdur
Bakı, 17 may (AZƏRTAC). Mayın 17-də Azərbaycanda Atatürk Mərkəzində Mahmud Kaşkari adına Beynəlxalq Fondun təsis etdiyi “San Yarlığı” mükafatının təqdimat mərasimi keçirilmişdir.
“Ulduz” jurnalının redaktoru, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli bildirmişdir ki, Türk Törə Ocağı tərəfindən 2008-ci ildə təsis edilmiş “San Yarlığı” mükafatı hər il türkçülük qarşısında xidmət göstərmiş insanlara təqdim edilir.
AZƏRTAC xəbər verir ki, builki “San Yarlığı” mükafatı müstəqilliyimizin 20-ci ilidönümü ilə əlaqədar Azərbaycan mədəniyyətinə yüksək töhfələr vermiş ziyalılarımıza təqdim olunur.
Mahmud Kaşkari adına Beynəlxalq Fondun Azərbaycandakı həmsədri, şair Elxan Zal bildirmişdir ki, builki müsabiqənin nəticələrinə əsasən “San Yarlığı” mükafatına yazıçı Yunuz Oğuz son illərdə yazdığı tarixi romanlar silsiləsinə, yazıçı Vahid Məmmədəli “Atropatena dastanı”, yazıçı Mahirə Abdulla fəlsəfi-estetik əsərlərinə, şair Əkbər Qoşalı türk xalqları ədəbiyyatlarının yaxınlaşmasında xidmətlərinə, xeyriyyəçi Rafiq Hüseynov Azərbaycan mədəniyyətinin təbliği istiqamətində fəaliyyətinə, rəssam Nəvai Məmmədoğlu bədii boyakarlıq sənətində nailiyyətlərinə görə layiq görülmüşlər.
Sonda laureatlar bu yüksək mükafata layiq görüldüklərinə görə təşəkkürlərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]