Şanxayda koronavirusu neytrallaşdıran preparatın sınaqları başlayıb
Bakı, 8 iyun, AZƏRTAC
Şanxayda çinli mütəxəssislər tərəfindən hazırlanan və koronavirusu anticisimlərlə neytrallaşdıran JS016 preparatının sınaqları başlayıb.
AZƏRTAC “Shanghai Daily” qəzetinə istinadla xəbər verir ki, Çinin dərman preparatlarına nəzarət üzrə dövlət idarəsi ÇXR Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Mikrobiologiya İnstitutu və “Shanghai Junshi Biosciences” əczaçılıq kompaniyasının birgə hazırladıqları yeni preparatın klinik sınaqlarının ilk fazasına başlamağa icazə verib.
Sınaqlar iyunun 7-də “Huşan” xəstəxanasında start götürüb. Preparat təhlükəsizliyinin və immunogenliyinin yoxlanılması, həmçinin resipiyentin orqanizmində özünü necə aparmasının test edilməsi üçün sağlam könüllülərin venasına vurulub. Hazırda sınaqlarda iştirak edən könüllülərin səhhətinin yaxşı olduğu bildirilir.
Preparat koronavirus infeksiyasından sağalan pasiyentlərin qanından alınan anticisimlərə əsaslanır. Əvvəllər meymunlar üzərində keçirilən sınaqların gedişində preparatın koronavirusun hüceyrələrə daxil olmasının qarşısını aldığı müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]