Səbail rayonundakı 51 nömrəli orta məktəbdə Beynəlxalq Dəniz Günü qeyd olunmuşdur
Bakı, 26 sentyabr (AZƏRTAC). Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, 1978-ci ildən etibarən hər il sentyabrın sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il sentyabrın 24-dən 30-dək xüsusi tədbirlər planı hazırlanaraq ardıcıllıqla həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, belə tədbirlərdən biri sentyabrın 26-da Bakı şəhərinin Səbail rayonundakı 51 nömrəli orta məktəbdə keçirilmişdir.
Tədbirdə ETSN-in mütəxəssisləri Beynəlxalq Dəniz Gününün mahiyyəti, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə şagirdlərə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.
Sonda nazirliyin hazırladığı təbliğat xarakterli videoçarxlar təqdim olunmuşdur.
Müvafiq tədbirlər respublikamızın Xəzərsahili şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrində də keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]