SEÇKİ SƏNƏDLƏRİNİN TƏQDİM EDİLMƏ MÜDDƏTİ BAŞA ÇATMIŞDIR
Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, Seçki Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə əsasən, səsvermə gününə ən azı 40 gün qalmış saat 18.00-dək, yəni sentyabrın 5-i saat 18. 00-dək Azərbaycan Respublikası prezidentliyinə irəli sürülmüş namizədlərin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatmışdır. Göstərilən vaxta qədər namizədliyi təsdiq olunmuş 21 nəfərdən 10-u həmin sənədləri Komissiyaya təqdim etmişdir. Həmin şəxslərdən 2-sinin namizədliyi MSK tərəfindən qeydə alınmışdır. Digərlərinin sənədlərinə qanunla müəyyən olunmuş qaydada baxılır və qeydə alınıb-alınmamaları barədə qanunauyğun müddətdə qərar qəbul ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]