Seçkilər haqqında Qanuna dəyişiklik layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub
Naxçıvan, 22 may, AZƏRTAC
Mayın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə daxil edilən üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu il mayın 13-də keçirilən plenar iclasında ikinci oxunuşda qəbul edilib.
Sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda baxılmaq məqsədilə Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [15:02]
Neftçalada Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb
- 22.05.2026 [14:50]
32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib
- 22.05.2026 [13:12]