Səfir Haydrun Tempel: Şəki şəhəri Avropada, eləcə də Almaniyada yaxşı tanınır
Şəki, 5 iyul (AZƏRTAC). Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel iyulun 5-də Şəkidə olmuşdur.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətində keçirilən görüşdə səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verilmişdir.
Diplomat demişdir ki, cari ilin yazında bu şəhərdə turist kimi qonaq olsa da, Şəkiyə ilk dəfədir rəsmi səfər edir. Şəkinin məşhur bir şəhər olduğunu, onun Avropada, eləcə də Almaniyada yaxşı tanındığını söyləyən səfir almanların bu şəhərin inkişafına az da olsa töhfə verdiklərini, dünya əhəmiyyətli nadir memarlıq abidəsi olan Şəki xanlarının sarayının bərpasında alman şirkətinin də yaxından iştirak etdiyini diqqətə çatdırmışdır. Səfir şəhərin qoruq hissəsinin tezliklə UNESCO-nun mədəni irs siyahısına daxil ediləcəyinə əminliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmış, turizm sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]