Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid nənəsi: Gün gələcək, Qərbi Azərbaycan həsrətinə də son qoyulacaq

Gəncə, 14 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Qərbi Azərbaycanın Göyçə mahalının qədim tarixə malik kəndlərdən olan Şorca əsrlər boyunca qoynunda neçə-neçə azərbaycanlı oğul-qızlar yetişdirib. Göyçə gölünün sahilindəki səfalı yurd yeri orada yaşamış hər bir Qərbi azərbaycanlının şüurunda ən gözəl xatirələrlə qalıb. Təbii ki, yurdlarından ayrı salınan insanların yaddaşına ermənilərin hərbi-siyasi təcavüzü nəticəsində verilən itkilərin acısı da möhürlənib. Çəmbərək rayonunun Şorca kəndində doğulub, boya-başa çatan azərbaycanlılardan biri də Zeynəb Bayramovadır. 75 yaşlı Zeynəb nənə AZƏRTAC-ın bölgə müxbirinə ömrünün doğma yurdda keçən illərindən danışıb, acılı-şirinli xatirələrini bölüşüb.

O, 12 uşaqlı zəhmətkeş ailədə dünyaya göz açıb. “Atam çoban, anam sağıcı idi. Bizi halal zəhmətləri ilə böyüdüblər, mehriban ailədə yaşamışıq. Anamın təndirdə bişirdiyi çörəyin, ocaqda hazırladığı yeməklərin dadı indi də damağımdadır. Kəndimiz çox səfalı yer idi. Qışda Göyçə gölü donardı, yayda isə göy rəngi ilə bizi özünə heyran qoyardı. Saatlarla oturub gölün gözəlliyinə baxardıq, mənzərədən doymazdıq. Dağlar, yaşıllıqlar, təmiz hava, təmiz su ruhumuza olduğu kimi, bədənimizə də şəfa idi. Xəstəlik nədir, bilməzdik”, - deyir Zeynəb nənə.

Babasından eşitdiyinə görə, XIX əsrin ortalarına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. Sonradan orada Rusiyadan sürgün edilmiş ruslar (malakanlar) yerləşdirilib. 1919-cu ildə erməni quldur dəstələri kəndə hücum edərək azərbaycanlıların bir hissəsini qətlə yetirib, sağ qalanları qovub çıxarıb, var-dövlətlərini talan ediblər. Daha sonra kəndin qaçqın əhalisi yenidən doğma yurda qayıdıb. 1988-ci ilədək əsasən azərbaycanlıların yaşadığı Şorcada cəmi 20 rus və 3 erməni ailəsi olub. Kolxoz və sovxozu olan kənddə əhali əsasən əkinçilik, heyvandarlıq, arıçılıq, bağçılıq, eləcə də balıqçılıqla məşğul idi.

“İstiqanlılıq, mehribanlıq, şad günə sevinib, dar günə üzülmək qanımızda var. Biz öz millətimizdən olmayanlara da yaxşı davranardıq, əlimizdə olanı paylaşardıq. Toylarımızı, milli bayramlarımızı çox gözəl keçirirdik. Novruzun bütün adətlərinə əməl edərdik, lopa yandırar, süfrələr açar, ev-eşikdə təmizlik aparardıq. Xalıları, pal-paltarı göldə yuyardıq. Axşam saatlarında dağ yeli qalxardı, o vaxt evə qayıdardıq, özümüzlə su da gətirərdik”, - deyə müsahibim o günlərdən danışır. Zeynəb nənə gəlin köçsə də, hər yayı ailəsi ilə birgə yenə doğma kənddə, ata yurdunda keçirib: “Anam həmişə deyərdi ki, qonaqsız ev uğursuz olar. İkimərtəbəli evimiz var idi, bəlkə 20-30 nəfər birdən tökülürdük ata ocağına. Şorca 5 övladımın da xatirəsindədir. Kəndimizdə qədim qalanın qalıqları var idi. Atam deyərdi ki, burada vaxtilə Koroğlu öz dəliləri ilə birgə məskən salıb. XVII əsrə aid alban kilsəsi, qədim oğuz qəbiristanlığının yeri dururdu. Uşaqları oralara da aparmışam. Hələ də o yerlərdən, Göyçə gölünün, meşəliyin, dağların gözəlliyindən həsrətlə danışırlar, xiffət çəkirlər”.

1988-ci ilin qışında kənddə yaşayan azərbaycanlılar bir neçə günün içində erməni quldurları tərəfindən sonuncu nəfərinə qədər qovulub çıxarılıblar. Buna qədər azərbaycanlılara göstərilən təzyiqlər də dözülməz olub. “Azərbaycanlıların canına qəsd etməyə çalışan erməniləri heç həbs də etmirdilər, “kimə kimdən şikayət edirsiniz?” deyirdilər. Sonda da ermənilər əhaliyə deyiblər ki, buradan çıxmasanız, sizi bir gecənin içində öldürəcəyik. Kişilər gecələr növbə ilə kənddəki qadınları, uşaqları qoruyurlarmış. Qonşu kənddə ermənilər bir maşın dolusu azərbaycanlını qəsdən qəzaya salıb, öldürmüşdü. Tanıdığımız insanlar var idi, onları evlərində ölənə qədər döymüşdülər. Bizimkilər isə soyuq havada zülm çəkə-çəkə qaçıb, birtəhər canlarını qurtarmışdılar. Vətənli günlərimizi, ürəkdən gülüşümüzü, ev-eşiyimizi, ən əsası atamın, bacımın, qardaşımın qəbrini orda qoyub çıxmışıq...”, - deyən Zeynəb nənə qəhərlənir.

75 yaşlı Zeynəb Bayramovanın yaddaşına, taleyinə yazılan acı günlər bununla bitməyib. Sonrakı sınaqlar da məhz erməni məkrinin, təcavüzkarlığının nəticəsi olub. “45 ildən çox hərbi sahədə xidmət edən yoldaşım, hərbi təhsilli oğlum Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O günlərin ağrı-acısını yaşamışıq. Nəvəm, Azərbaycan Ordusunun leytenantı Kənan Süleymanlı 44 günlük Vətən müharibəsi şəhididir. Xocavənd rayonu uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Bu da qəlbimdə yaradır, ancaq həm də qürur mənbəyimdir. Biz illərdir işğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Kənan kimi igidlərin sayəsində azad etmişik. Heç şübhəsiz, günü, vədəsi gələcək, qəlbimizi yandırıb-yaxan Qərbi Azərbaycan həsrətinə də son qoyulacaq”, - deyə Zeynəb nənə bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlara qeydiyyat başlanıb

Ağakərim Səmədzadə: Metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan

Azərbaycanın enerji modeli böhranlar dövründə dayanıqlılıq nümunəsidir ŞƏRH

Azərbaycanın kibertəhlükəsizlik sistemində yeni mərhələ: MKA fəaliyyətə başlayır

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?

WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib

Servitut: Özgəsinə məxsus torpaqdan nəqliyyat, kommunal və digər ehtiyaclar üçün istifadə imkanı

Osman Kepenek: Orta Dəhliz Azərbaycanın regional liderliyini möhkəmləndirir

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub

Departament rəisi: SOCAR metan emissiyalarının azaldılmasına çox ciddi yanaşır

BƏƏ politoloqu: Bakı və Əbu-Dabi ikitərəfli əməkdaşlığın yeni gündəliyini formalaşdırır