“Şəhidlərimizi tanıyaq” adlı videoçarxda İlqar Baxışovun şərəfli ömür yolu barədə məlumat verilib
Bakı, 17 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhid İlqar Baxışov haqqında “Şəhidlərimizi tanıyaq” adlı videoçarx təqdim edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında paylaşılan videoçarxda şəhidin qısa, mənalı ömründən bəhs olunub.
Videoçarxda qeyd edilib ki, İlqar Adışirin oğlu Baxışov 2000-ci il noyabrın 21-də Horadiz şəhərində anadan olub. Horadiz şəhər 2 nömrəli tam orta məktəbi bitirib. İlqar davranışı ilə yoldaşlarına nümunə olub. 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Tərtər rayonunda aparıb və rayonun Suqovuşan kəndinin işğalçılardan azad olunması zamanı noyabrın 15-də şəhid olub. Horadiz şəhər qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən İlqar Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]