Şəhidlərimizin əziz xatirəsi heç zaman unudulmayacaqdır
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu, mənliyini itirmədi, onun iradəsi qırılmadı.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gəlmiş Vergilər Nazirliyinin əməkdaşı İlham Qurbanov AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. Hadisələrə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri olmuşdur.
Biz ölkəmizin azadlığı uğrunda canlarından keçmiş qanlı 20 Yanvar şəhidlərini heç vaxt unutmayacağıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]