Şəhidlərimizin xatirəsi yad ediləcək
Bakı, 10 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mədəniyyət müəssisələrində, kitabxanalarında, idarə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümünün iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi münasibətilə qurumun tabeliyindəki bütün mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, şəhidlərin xatirəsi ehtiramla yad ediləcək.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mədəniyyət ocaqlarında təşkil olunacaq “dəyirmi masa”, sərgi, bədii-kompozisiya, təqdimat və digər tədbirlərdə şəhidlərimizin xatirəsi anılacaq və onların heç vaxt unudulmayacağı bir daha diqqətə çatdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]