ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC xəbər verir ki, Özbəkistan hökumətinin nümayəndə heyəti Şəhidlər xiyabanında da olmuşdur.
Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəmanların məzarları üstünə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Bakının yüksək nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonaqları xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər müşayiət etmişlər.
######
