Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Grand Chess Tour”da iştirak edəcəklər
Bakı, 14 yanvar, AZƏRTAC
Bu il keçiriləcək “Grand Chess Tour“ seriyasının turnirlərinə Azərbaycanın qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da dəvət alıblar.
AZƏRTAC xəbər verir ki, seriya çərçivəsində 5 turnir keçiriləcək. Belə ki, iyun ayında təşkil ediləcək (iyunun 3-15-də) birinci turnirə Buxarest, ikinci yarışa (iyunun 16-23-də) Paris ev sahibliyi edəcək. Üçüncü turnir iyulun 5-12-də Zaqrebdə keçiriləcək. Sonuncu iki yarış ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində avqustun 9-16-da və 16-28-də baş tutacaq.
Turnirin mükafat fondu 1 milyon 275 min dollar təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]