Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ŞƏKİ - QƏDİM SİVİLİZASİYALAR DİYARI” BAYRAMI DOSTLUĞUN, QARDAŞLIĞIN TƏRƏNNÜMÜNƏ ÇEVRİLDİ

AZƏRTAC xəbər verir ki, iyunun 28-də Şəki şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Şəki - qədim sivilizasiyalar diyarı” bayramının təntənəli açılış mərasimi olmuşdur. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 29 xarici ölkə səfirliyinin nümayəndə heyəti, Milli Məclisin deputatları, görkəmli elm xadimləri, tarixçi alimlər, incəsənət ustaları və digər qonaqlar iştirak etmişlər.

Şəhər rəhbərliyi, xarici ölkələrin səfirləri və qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.

Sonra tədbir iştirakçıları əsaslı şəkildə yenidən qurulmuş parkı gəzmiş, burada şəhər sakinlərinin istirahəti üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar.

Bayram iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov müasir mərhələdə milli mədəniyyətlərin qarşılıqlı münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, bu amil nəzərə alınmadan xalqlar arasında əməkdaşlığı, mədəni-mənəvi inteqrasiyanın səmərəli rolunu təsəvvür etməyin çətin olduğunu qeyd etmişdir. İnsanlığın tarix boyu yaratdığı ən böyük sərvətin, nemətin sivilizasiya olduğunu bildirən natiq bu gün Şəkidə bəşər sivilizasiyasının möhkəm təməl sütunları və zəngin tarixi-mədəni kökləri olduğunu xüsusi vurğulamışdır. İcra başçısı qeyd etmişdir ki, Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən, qədim türk tayfaları, alban abidələri, islam-türk mədəniyyətinin zəngin tarixini özündə əks etdirən qədim memarlıq abidələri göstərir ki, Şəki xalqımızın min illərlə yaşatdığı tarixi özündə qoruyub saxlamaqla yanaşı, həm də müasirliyin, mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində də mühüm rol oynayır.

Mərasimdə çıxış edən Rumıniyanın ölkəmizdəki səfiri Nikolaye Ureke səmimi qonaqpərvərliyə görə şəhər rəhbərliyinə dünyanın 3 qitəsini təmsil edən səfirliklərin nümayəndələri adından təşəkkür etmiş, gözəl və qədim Şəki ilə tanışlıqlarından, insanların isti münasibətlərindən razı qaldıqlarını bildirmişdir.

Tədbirdə iştirak edən ərəb dövlətlərinin səfirləri adından bayram iştirakçılarına xoş arzularını çatdıran Misir səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox böyük iqtisadi irəliləyişlərin baş verdiyini bildirmiş, Şəkinin hazırda çox mühüm və strateji cəhətdən xüsusi əhəmiyyət daşıyan bir regiona çevrildiyini vurğulamışdır. Misir səfiri milli-mədəni irsin qorunması sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini çox yüksək qiymətləndirmiş, böyük əhəmiyyət daşıyan, xalqları bir-birinə daha da yaxınlaşdıran belə bir bayramın keçirilməsini təmin etdiklərinə görə AMEA Tarix İnstitutuna, Mədəniyyət və Turizm Nazirliyinə və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

İncəsənət ustalarının maraqlı konsert proqramına tamaşa etdikdən sonra bayram iştirakçıları Fazıl kəndində yerləşən və eramızdan əvvəl II minilliyin 2-ci yarısına aid olan qədim yaşayış məskəni - Təpəbaşı nekropolu ilə, “Əbədi sükut dünyası” labirinti ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, bəşər sivilizasiyasının inkişaf tarixini özündə əks etdirən bu abidə insanlığın tapındığı müqəddəs yerdir. 1984-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən tədqiqata cəlb olunan bu ərazi antik və orta əsrlərdə beynəlxalq ticarət yollarının üzərində yerləşirdi. Buranın əhalisi uzaq və yaxın ellərlə sıx ticarət və mədəni əlaqələr qurmuşdu. Burada yaradılan muzeyin ekspozisiyası Qafqaz Albaniyası dövrünü əhatə etsə də, daha qədim dövrlərə aid olan maddi və mənəvi mədəniyyətimizi özündə əks etdirir. Dəfn yerinə düzülən əşyalar yerli xalqın mifoloji, fəlsəfi, dini dünyagörüşünü geniş şəkildə izah edir, əcdadlarımızın keçdiyi tarixə işıq salır. Labirint Azərbaycanın qədim dövrlərindən, hətta daş dövründən qaynaqlanan folklorunu, mifologiyasını, həqiqi tarixini özündə əks etdirir.

Labirintlə tanışlıqdan sonra qonaqlar Kiş kəndindəki qədim alban məbədinə ekskursiya etmişlər. Məbədlə tanışlıqdan əvvəl qonaqlar abidənin yaxınlığında görkəmli Norveç alimi, etnoqrof, arxeoloq və səyyahı Tur Heyerdalın büstünün açılışında iştirak etmişlər. Mərasimdə çıxış edən Norveç səfiri Yon Ramberq abidənin açılışının onlar üçün xoş bir sürpriz olduğunu qeyd etmiş, bu diqqətə görə şəhər rəhbərliyinə öz xalqı adından minnətdarlığını bildirmişdir.

Sonra qonaqlar məbədlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında xristianlığın mərkəzlərindən olan Kişdə yerləşən bu məbəd bir neçə il öncə Norveçdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə bərpa edilmişdir. Sonra bayram iştirakçıları məbədin həyətində çay süfrəsi ətrafında kamera musiqisini dinləmiş, rəqs kollektivlərinin ifasında müxtəlif xalqların rəqslərinə tamaşa etmişlər.

Bayram tədbiri sonra Şəki şəhərindəki “Yuxarıbaş” Dövlət Tarix Memarlıq Qoruğuna daxil olan Qala divarlarının ərazisində davam etdirilmişdir. Qonaqlar Şəki sənətkarlarının əl işləri, xalq tətbiqi sənət nümunələri, satış-yarmarka ilə tanış olmuşlar. Şəki xanlarının sarayında bayramın təntənəli bağlanışı olmuşdur.

Bayram tədbiri maraqlı konsert proqramı və atəşfəşanlıqla başa çatmışdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV