ŞƏKİ SƏRHƏD DƏSTƏSİ QARNİZONUNUN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qarnizonun meydanında şəxsi heyətin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə açan Şəki Sərhəd Dəstəsinin rəisi polkovnik Azad Əliyev ölkəmizin şimal-qərb sərhədlərinin etibarlı mühafizəsi sahəsində görülən işlərdən, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır. O, qarnizonun yüksək tələblərə cavab verən əsas və yardımçı binalarının inşasında xidməti olan bütün əlaqədar dövlət orqanlarına şəxsi heyətin adından minnətdarlığını bildirmişdir.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov çıxış edərək, sərhədçilərimizi əlamətdar gün münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
General-leytenant Vahid Əliyev çıxışında Dövlət Sərhəd Xidmətinin yaradılması və möhkəmləndirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışdır.
Açılış mərasimində çıxış edən general-leytenant Elçin Quliyev Dövlət Sərhəd Xidmətinə, o cümlədən ölkəmizin şimal-qərb sərhədlərini mühafizə edən Şəki Sərhəd Dəstəsinə göstərdiyi xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevə sərhədçilər adından dərin minnətdarlığını ifadə etmiş, dövlətimizin və xalqımızın onlara etibar etdikləri sərhədlərimizi daim göz bəbəyi kimi qoruyacaqlarını bildirmişdir.
Rəsmi hissədən sonra hərbi hissənin şəxsi heyəti təntənəli marşla tribunanın önündən keçmişdir.
Qarnizonun əsas və yardımçı binalarının açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar qərargahla, əsgər yataqxanası, tibb məntəqəsi, klub və kitabxana, camaşırxana, təmir emalatxanası, kafe və digər infrastrukturlarla yaxından tanış olmuş, əsgər yeməkxanasında sərhədçilərlə birlikdə nahar etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:56]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [18:41]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [18:11]
Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
- 07.10.2026 [18:07]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [18:06]
Sabah Masallının 5 kəndində qaz olmayacaq
- 07.10.2026 [18:01]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:55]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:50]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:49]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:46]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:39]