Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alan var
Şəki, 18 dekabr, Rasim İslamoğlu, AZƏRTAC
Bu gün səhər saatlarında Şəki şəhəri ərazisində iki minik avtomobili toqquşub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, yol-nəqliyyat hadisəsi şəhərin M.F.Axundov küçəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub.
Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, ona ilkin tibbi yardım göstərilib. Həkimlər vəziyyətini qənaətbəxş hesab edir.
Faktla bağlı araşdırma aparılır.