Şəkidə sərt karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb
Bakı, 23 iyul, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinə şəhərin Bağbanlar küçəsindəki çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin ünvana baxış keçirilib. Obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub.
Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər. Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi bildirilib.