ŞƏKİLİLƏR ÜMUMRESPUBLİKA AKSİYASINDA FƏAL İŞTİRAK ETMİŞLƏR
Mühüm əhəmiyyət daşıyan tədbir çərçivəsində oktyabrın 30-da Şəki Dövlət Rəsm Qalereyasında “Qarabağ uşaqların gözü ilə” adlı rəsm sərgisi açılmışdır. Sərgidə balaca rəssamların Qarabağ mövzusunda çəkdikləri 130 rəsm əsəri nümayiş etdirilmişdir. Sərginin açılış mərasimində çıxış edənlər Mədəniyyət və Turizm Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirmiş, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin əsil simasının üzə çıxarılması istiqamətində səylərin birləşdirilməsi və təbliğat işinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışlar.
Şəhər icra hakimiyyətinin və mədəniyyət şöbəsinin xüsusi tədbirlər proqramına uyğun olaraq, İsmayıl bəy Nakam adına mərkəzi kitabxanada “Qarabağım - həsrətim” mövzusunda kitab sərgisi açılmış, uşaq incəsənət məktəbində “Yaddan çıxmaz Qarabağ” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, rəsm müsabiqəsi keçirilmişdir.