SELLƏR TƏHLÜKƏ TÖRƏTMƏYƏCƏK
Qax rayonunun icra hakimiyyəti orqanları, tikinti təşkilatları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin yerli bölməsi ilə birgə sellərin qarşısını almaq məqsədi ilə rayon ərazisindən keçən bir neçə dağ çayının sahilində büdcədən ayrılmış vəsait hesabına qoruyucu bəndlərin tikintisini başa çatdırmışlar.
Rayon icra hakimiyyəti aparatından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sellərdən fermer təsərrüfatlarına, taxıl zəmilərinə küllü miqdarda zərər dəyə, ətraf kəndlər ziyan çəkə bilərdi. Lakin vaxtında görülmüş lazımi tədbirlər bu təhlükə ehtimalını heçə endirmişdir. Sahil xəttinin möhkəmləndirilməsi ilə yanaşı, suyu təmizləmək üçün nəzərdə tutulmuş drenaj sistemi təmir edilmişdir ki, bu da rayon mərkəzinin və kəndlərin sakinlərini içməli təmiz su ilə təmin etməyə imkan vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]
Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO
- 07.08.2026 [14:29]
Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB
- 07.08.2026 [14:24]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [11:44]