Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb VİDEO
Bakı, 28 may, AZƏRTAC
Mayın 26-da axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Sənan Məmədlinin onun başına taxta parçası ilə vuraraq “Daweoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildirilib ki, dərhal Şəmkir Rayon Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədli qaçırdığı avtomobillə rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.