ŞƏMKİRDƏ KARTLA İŞLƏYƏN ELEKTRİK SAYĞACLARI QURAŞDIRILIR
Gəncə və Mingəçevir şəhərlərindən sonra Şəmkir elektrik şəbəkəsi də abonentlərin mənzillərində kartla işləyən elektrik sayğaclarının quraşdırılmasına başlamışdır.
Şəmkir Paylayıcı Elektrik Şəbəkəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin sonunadək rayon mərkəzində abonentlərin kartla işləyən sayğaclarla təminatı başa çatdırılacaqdır. Küçələrdəki işıq dirəklərinin və elektrik kabellərinin yeniləşdirilməsinə başlanılmışdır. Bu iş rayon mərkəzində başa çatdırıldıqdan sonra qəsəbə və kəndlərdə davam etdiriləcəkdir.